ƏƏSMN-nin “Çağrı” mərkəzinin operatorlarının sayı artırılacaq – Agentlik sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Bizə hərdən şikayətlər edilir ki, “Çağrı” mərkəzinə düşmək olmur. Lakin onu deyim ki, karantin dövründə ƏƏSMN-nin bir sıra xidmətlərinin dayandırılması “Çağrı” mərkəzinə olan müraciətlərin sayını artırdı.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, eyni zamanda pandemiya dövründə dəstək proqramlarının icrası da “Çağrı” mərkəzinə edilən müraciətlərin sayını artırıb.

F.Məmmədov qeyd edib ki, yaxın zamanlarda “Çağrı” mərkəzinin operatorlarının sayı artırılacaq.

Agentlik sədri fəaliyyət göstərdiyi iki il ərzində “Cağrı” Mərkəzi vasitəsilə 1 milyondan çox insana xidmət göstərildiyini nəzərə çatdırıb.

Teqlər: