Ədliyyə qurumları azad edilmiş ərazilərdə fəaliyyətini bərpa edir

Xəbər - Samir Əli – Trend:

Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun başladığı əks-hücum və dövlət başçısının qətiyyəti nəticəsində tarixi salnamə yazıldı.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransılnda Ədliyyə nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov deyib.

O bildirib ki, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Ədliyyə Nazirliyi bir çox işlər görüb: “70-ə yaxın beynəlxalq təşkilatlara və digər təşkilatlara məlumatlar göndərilib. Azərbaycanın 20 faiz ərazisinin işğal olunması, soydaşlarımızın didərgin salınması, Azərbaycana qarşı törədilən faciələr barədə Avropa İnsan Haqları Məhkəməsi və digər beynəlxalq qurumlara videoformatda məlumatlar çatdırılıb. Həmçinin işğaldan azad olunan ərazilərdə idarəetmə ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq aidiyyəti qurumlar fəaliyyətə başlayıb. Ədliyyə nazirinin əmri ilə noyabrın 12-də Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb və artıq idarə fəaliyyətdədir. Ədliyyə işçiləri 2,5 milyon manat vəsaiti könüllü olaraq hərbi əməliyyatlar zamanı orduya köçürüb. Ədliyyə əməkdaşlarının bir qismi isə könüllü olaraq döyüşlərdə iştirak edib”.

Teqlər: