Dünyanın nüfuzlu universitetlərinin iştirakı ilə beynəlxalq forum

“Times Higher Education” və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə 2021-ci ilin iyun ayının 14-də “Təhsilin transformasiyası” mövzusunda Qərbi Kaspi Universitetinin evsahibliyi etdiyi beynəlxalq tədbir keçiriləcək.

Forumda eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri naminə fəaliyyətində universitetlərin rolu məsələlərinə toxunulacaq. Forumda mindən çox xarici universitet nümayəndələrinin iştirakı gözlənilir.

Pandemiya qlobal bərabərsizlikləri üzə çıxardı və təhsil nizamını pozdu, eyni zamanda təhsil sistemini daha yaxşı qurmaq, tədris və pedaqogika üçün yeni bir dövrü təsəvvür etmək üçün bir fürsət yaratdı.

Bu vacib forum zamanı universitetlərin keyfiyyətli təhsildə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan Keyfiyyətli Təhsil məqsədinə nail olunmasında roluna toxunulacaq və aşağıdakı məqsədlər araşdırılacaq:

– Universitetlərin təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq öhdəliyi;

– İnklüziv təhsil modellərinin yaradılması;

– Ömürboyu öyrənmə vərdişlərini mənimsəmək;

– Qısamüddətli kurslar və sertifikatlar üçün yeni bir dövr;

– Gələcəkdə təhsil təcübə əsasındamı qurulacaq?

– Keyfiyyətli təhsil məqsədinə nail olmaqda tərəfdaşlığın rolu.

Tədbirin çıxışçıları arasında UNESCO-nun Ömürboyu Təhsil İnsitutunun direktoru David Atchoatena, Avropa Universitetlər Assosiasiyasının İnstitutsional İnkişaf şöbəsinin direktoru Tia Loukkola, Aukland Universitetinin prorektoru Dawn Freshwater və Götenburq Universitetinin prorektoru Eva Wiberg yer alıb. Tədbirdə eyni zamanda Qərbi Kaspi Universitetinin təsisçisi Professor Hüseyn Bağırov, millət vəkilləri Şahin Seyidzadə və Pərvin Kərimzadə, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış edəcəklər.

Tədbir barədə ətraflı məlumat almaq və qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://www.timeshighered-events.com/impact-education-forum-2021/home?fbclid=IwAR1HLFHGlawdV3JJkR5NxrpZG2GJu2J1p15e14NaKaPF0kjElbDh_m8Btck

Universitet nümayəndələri və tələbələri üçün tədbirdə iştirak ödənişsizdir.

Teqlər: