Dünyanın nəhəng saytları çöküb

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

Dünyanın bir sıra nəhəng saytlarının işində qüsurlar yaranıb.

AzerTimes-in məlumatına görə, “Amazon”, “PayPal”, CNN, “Reddit” kimi saytlar tam və ya qismən çöküb.

Qeyd olunur ki, qüsurların səbəbi “Fastly” şəbəkə provayderinin çökməsi ilə əlaqədar olub.

Nəticədə “The Guardian”, “New York Times” qəzetlərinin saytları da qüsurlarla işləyib.

Bundan başqa, Böyük Britaniya hökumətinin rəsmi saytının işində nasazlıqlar yaranıb.

Son məlumatlara əsasən, “Fastly” qüsurun aradan qaldırıldığını bildirib.