Dünyanın ən böyük təyyarəsi

Dünyanın ən böyük təyyarəsi

“Airbus” dünyanın ən böyük təyyarəsini təqdim edib. Söhbət “A380plus”dan gedir.

İndidən görünür ki, yanacaq sərfiyyatına qənaət və maliyyətinin aşağı olması onu şirkətlərin ən sevilən təyyarələrindən biri edəcək. “Airbus A380 Plus” 853 sərnişin tutumuna malikdir. Fransa şirkəti “A380″versiyasını daha da mükəmməlləşdirib.

“A380plus” sələfindən 13 faiz daha ucuz başa gəlir. Yeni model “winglet” adı verilən qanadlarla təhciz edilib ki, bu da yanacaq sərfiyyatını 4 faizə kimi azaldır.

Hava gəmisinin salonu da yenidən dizayn edilib. Bu sayədə onun sərnişin tutumu 80 oturacağa kimi artıb.

Qeyd edək ki, “Airbus А380” silsilə şəkildə istehsal edilən dünyanın ən böyük təyyarəsi kimi tanınır. Təyyarənin qanadları 80 metr, gövdəsinin uzunluğu 73 metrə çatır. Fasiləsiz olaraq 15 min km qət edə bilir. “Airbus A380” 2007-ci ildən xidmətə başlayıb.

Yenilənmiş versiyanın nə zaman istifadəyə veriləcəyi isə hələlik açıqlanmayıb.