Dünyanın 2-ci ən zəngin adamı

Dünyanın 2-ci ən zəngin adamı

Dünyanın ən zənginləri siyahısında dəyişiklik olub.

Onlayn ticarət saytı olan ‘Amazon’ şirkətinin qurucusu Jeff Bezos rəqibləri Amancio Ortega və Warren Buffettı ötərək dünyanın ən varlı ikinci şəxsi olub.

‘Vaşinqton post’ qəzetinin də sahibi olan Bezosun indiki var-dövlətinin miqdarı 75,6 milyard dollara çatıb. O, “Amazon” şirkətinin səhmlərinin bir gecədə 18,32 dollar bahalaşması nəticəsində iş adamının sərvətinə 1,5 milyard dollar əlavə olunub.

Microsoft’un yaradıcısı Bil Qeyts isə hələ də 86 milyard dollarla dünyanın ən zəngin insanıdır.