Dünyada ötən sutka koronavirusa 794 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 794 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 794 573 nəfər yeni koronavirusa yoluxub, 12 470 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 841 882, ölənlərin isə 3 104 743 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.