Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 786 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 786 943 nəfər yeni koronavirusa yoluxub, 12 994 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 157 289 118, ölənlərin isə 3 277 272 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.