Dünyada ötən sutka koronavirusa 660 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 662 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 662 690 nəfər yeni koronavirusa yoluxub, 11 306 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 902 402, ölənlərin isə 2 831 815 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.