Dünyada ötən sutka koronavirusa 659 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 659 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 659 917 nəfər yeni koronavirusa yoluxub, 11 626 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 215 179, ölənlərin isə 2 820 098 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Teqlər: