Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 567 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 567 849 nəfər yeni koronavirusa yoluxub, 9 521 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 136 291 128, ölənlərin isə 2 941 128 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.