Dünyada ötən sutka koronavirusa 535 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 535 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 535 860 nəfər yeni koronavirusa yoluxub, 9 868 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 121 464 666, ölənlərin isə 2 684 093 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.