Dünyada ötən sutka koronavirusa 513 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 513 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 513 797 nəfər yeni koronavirusa yoluxub, 9 984 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 524 424, ölənlərin isə 2 703 620 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.