Dünyada ötən sutka koronavirusa 492 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 492 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 492 351 nəfər yeni koronavirusa yoluxub, 9 689 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 118 754 336, ölənlərin isə 2 634 370 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.