Dünyada ötən sutka koronavirusa 455 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 455 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 455 964 nəfər yeni koronavirusa yoluxub, 7 291 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 122 992 844, ölənlərin isə 2 711 071 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Teqlər: