Dünyada ötən sutka koronavirusa 393 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 393 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 393 531 nəfər yeni koronavirusa yoluxub, 7 151 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 123 419 065, ölənlərin isə 2 719 163 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.