Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 45 milyonu ötüb.

İndiyədək 45 292 742 nəfər koronavirusa yoluxub, 1 185 502 nəfər bu virusdan dünyasını dəyişib, 32 941 244 nəfər sağalıb.

Hazırda dünyada 11 165 996 aktiv koronavirus xəstəsi var ki, onlardan da 82 160-nın vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də ÜST koronavirusu pandemiya elan edib.