Dünyada koronavirusa yoluxanların sayı 239 milyonu ötüb

Dünyada son sutka ərzində koronavirusa 412 168 yoluxma hadisəsi qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 239 732 368, ölənlərin isə 4 885 860 nəfərə çatıb.


Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 45 458 653 (+122 313) nəfər. Siyahıda daha sonra Hindistan (34 019 641), Braziliya (21 590 097), Britaniya (8 272 883), Rusiya (7 861 681), Fransa (7 069 089), İran (5 742 083), Argentina (5 267 339), İspaniya (4 977 448), Kolumbiya (4 974 400) və İtaliya (4 707 087) gəlir.

Teqlər: