Dünyada koronavirusa yoluxanların sayı 233 milyonu ötüb

Dünyada son sutka ərzində koronavirusa 180 416 yoluxma hadisəsi qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 233 012 556 , ölənlərin isə 4 767 805 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 43 886 822 nəfər. Siyahıda daha sonra Hindistan (33 693 148), Braziliya (21 366 395), Britaniya (7 701 715), Rusiya (7 443 149), Fransa (6 995 628), İran (5 547 990), Argentina (5 251 940), Kolumbiya (4 952 690), İspaniya (4 951 640) və İtaliya (4 662 087) gəlir.