Dünyada koronavirusa yoluxanların sayı 125 milyon nəfəri ötüb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 614 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 614 570 nəfər yeni koronavirusa yoluxub, 9 396 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 160 255, ölənlərin isə 2 748 737 nəfərə çatıb.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.