Dünyada koronavirusa yoluxanların sayı 108,5 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 108,5 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 106 535 739 nəfərə çatıb. Onlardan 2 393 703 nəfəri ölüb.


Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da, Hindistanda və Braziliyada qeydə alınıb.