Dünyada ən təhlükəsiz telefon

Dünyada ən təhlükəsiz telefon

McAfee antivirusunun yaradıcısı John McAfee özünün təhlükəsiz smartfonunun prototipini təqdim edib.

Yeni smartfon John McAfee Privacy Phone adlanır və dünyanın ən təhlükəsiz mobil cihazı adına namizəddir.

John McAfee, yeni mobil cihaz haqqında bəzi məlumatları da verib. Onun sözlərinə görə bu, dünyadakı ilk qeyri-rəsmi və indiyənə kimi istehsal olunmuş bu cür cihazlar arasında hackerlərdən ən yaxşı qorunan smartfondur.

Android əməliyyat sistemi ilə çalışan bu mobil cihaz, “MGT” şirkəti ilə birlikdə hazırlanır. Qeyd etmək lazımdır ki, bu şirkət, kibertəhlükəsizlik üzrə fəaliyyət göstərir. Sözügedən ən təhlükəsiz cihaz, alıcıya 1100 dollara başa gələcək. Smartfon, onda batareyanı, Wi-Fi və Bluetooth şəbəkəsini, geolokasiyanı, kamera və mikrofonu deaktiv etmək üçün ayrıca fiziki düymələrə sahibdir.

John McAfee-nin sözlərinə görə onun yeni smartfonu, Blackphone-nu və digər təhlükəsiz mobil cihazları bir neçə il öncəyə qabaqlayacaq. Bu smartfonun ikinci nəsli üzərində işlərə artıq start verilib. O, 2018-ci ilin yay fəslində satışa çıxacaq.

mcafee-phone