Dünyada ayaqqabı qıtlığı olacaq – Məşhur şirkətdən xəbərdarlıq

Amerikalı idman geyimləri istehsalçısı “Nike” logistika sahəsində qlobal problemlər səbəbindən məhsullarının mümkün çatışmazlığı barədə xəbərdarlıq edib.

Trend Lenta.ru-ya istinadən xəbər verir ki, şirkət idman ayaqqabılarının istehsalında və çatdırılmasında yaranan fasilələrin 2022-ci ilin yazına qədər davam edə biləcəyini açıqlayıb. Təchizat zəncirinin kəsilməsi və Asiyada işçi çatışmazlığı buna səbəb kimi göstərilir. Amerikalı istehsalçısı artıq gələn il üçün öz satış proqnozunu azaldıb.

Şirkətin məhsullarının dörddə üçü istehsal edilən Vyetnam və İndoneziyadakı fabrikləri yerli hökumətin koronavirusla bağlı məhdudiyyətlərindən təsirlənib. Bundan əlavə, Asiyadan Şimali Amerikaya məhsul göndərmə vaxtı iki dəfə artaraq 40 gündən 80 günə çatıb.

ABŞ-da bu hal artıq uşaq oyuncaqları, taxta, yeni geyim və ev heyvanları üçün qida çatışmazlığına və nəticədə daha yüksək qiymətlərə gətirib. Oyuncaq istehsalçısı “Hasbro” və idman geyimi nəhəngi “Adidas” kimi digər böyük markalar da tətil mövsümündə potensial təchizat problemləri barədə bildirib. Həmçinin, İngiltərə də yüksək qaz qiymətləri səbəbindən müəyyən məhsulların, yanacaçın çatışmazlığı yaşanır.