Dünya fond birjalarında səhmlərin qiyməti rekord həddə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Mart ayının sonunda dünya fond birjalarında alınıb-satılan bütün səhmlərin ümumi qiyməti rekord həddə, təxminən 106 trilyon dollara çatıb.

AzerTimes-ın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 60 faiz yüksəlib.

Qeyd olunur ki, səhmlərin ümumi qiyməti dünya ölkələrinin ümumi daxili məhsulunu üstələyir.


Mütəxəssislərin fikrincə, 106 trilyonluq səhmlərin 45 trilyonu ABŞ fond birjalarının payına düşür.