Dünya Bankının Azərbaycanda iri layihəni təsdiqləməsi gözlənilir

Bakı Zeyni Cəfərov – Trend:

Dünya Bankının Direktorlar Şurasının bu ilin sentyabrında “Azerbaijan COVID-19 Emergency Response Project” layihəsini təsdiqləyəcəyi gözlənilir.

Bu barədə Trend-ə Dünya Bankından bildiriblər.

Qeyd olunur ki, hazırda layihənin dəyəri məlum deyil, amma bankın ayıracağı kreditin məbləği 95 milyon dollar təşkil edə bilər.

Layihə Azərbaycanda COVID-19 infeksiyasıbıb yayılmasının qarşısı alınması üzrə səylərin dəstəklənməsinə, koronavirusun müəyyənləşdirilməsi və müalicəsi üçün səhiyyə sisteminin möhkəmləndirilməsinə, pandemiyanın bəzi sosial fəsadlarının yumşaldılmasına yönəlib.

Qeyd olunur ki, layihə üç komponentdən ibarətdir və Azərbaycana əhalinin sosial həssas təbəqəsini müvəqqəti yardım sahəsində dəstək göstərilməsini nəzərdə tutur.

Bankın məlumatına əsasən, əhalinin sosial həssas təbəqəsindən 47 min ailəyə müvəqqəti dəstək qismində aylıq 225 manat ünvanlı sosial yardım və koronavirusla əlaqədar işini itirmiş 170 min vətəndaşa 190 manat məbləğində üçaylıq müavinət nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: