Pasportu smartfon əvəz edəcək

Pasportu smartfon əvəz edəcək

Dubay Hava Limanı sərnişinləri uçuşdan öncə yoxlamadan keçərkən pasportdan artıq istifadə etməyə bilərlər.

Onlar sənəd əvəzinə öz smartfonlarından istifadə edə bilərlər.

Bunun üçün telefona xüsusi “Smart UAE Wallet” əlavəsi yüklənməlidir. Tərtibatçılar bildirir ki, Dubay aeroportundan uçan sərnişin öz smartfonunu “ağıllı giriş” adlanan xüsusi turniketlərə yaxınlaşdırmalı, həmçinin barmaq izlərini skan etməlidir. Bunun nəticəsində hər bir sərnişinin yoxlanması 9 saniyə-1 dəqiqə arasında azalacaq.

Yeri gəlmişkən, bu yenilikdən hələlik BƏƏ vətəndaşları Dubay aeroportunun bir terminalında yararlana biləcəklər. Layihə “Fly Emirates” şirkəti ilə birlikdə həyata keçirilib.