DTX Qarabağda vuruşan PKK terrorçularının səs yazısını yaydı

DTX Qarabağda vuruşan PKK terrorçularının səs yazısını yaydı

Ermənistan Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi bu barədə məlumat yayıb.

DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.

Dövlət Təhlükəsizlik Xidmətinin ifşa etdiyi üzdəniraq terrorçuların səsyazısını sizlərə təqdim edirik: