Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı – Komitə sədrinin müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

44 günlük müharibə dörvürndə ermənilər təcavüzkar siyasətini və cinayətkar əməllərini gizlətmək üçün bu müharibəni müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, xristian dinini siyasiləşdirməyə cəhd göstərirdilər. Lakin dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımı addımlar nəticəsində düşmənin siyasəti iflasa uğradı.

AzerTimes-ın məluatına görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov vurğulayıb ki, illərdir Qarabağa münasibətdə dünyanın ədalətsiz mövqe nümayiş etdirməsində dini ayrı-seçkilik faktorunun böyük rolu olub:

“Ümumiyyətlə, tarixə nəzər salsaq, hegemonluğunu və s. məqsədlərini təmin etmək istəyən bəzi dövlətlər tərəfindən öz geosiyasi maraqları naminə din amilindən geniş istifadə olunduğunun şahidi olarıq. Azərbaycan da müstəqilliyinin bərpasının ilk illərindən etibarən dini müstəvidə təhdidlərlə üzləşmişdir və bu təhdidlər hazırda davam edir. Bütün bunlara baxmayaq, Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığı unikal ölkədir.

Biz Vətən müharibəsində də öz milli və dini həmrəyliyimizin yüksək səviyyədə olmasını bütün dünyaya nümayiş etdirərək nümunəvi ölkə olduğumuzu sübuta yetirdik. Ölkəmizin istər islam, istərsə də qeyri-islam dini icmalarının üzvləri birbaşa döyüşlərdə könüllü şəkildə iştirak edərək qəhrəmanlıq göstərdilər.

Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var. İnanclı əsgər və zabitlərimiz Azərbaycan bayrağını azad olunmuş torpaqlarda uca zirvələrə qaldırdılar. Fikrimcə, milli və dini birliyimizi, həmrəyliyimizi daha da fəal nümayiş etdirmək üçün bütün dini məbədlərimizdə, ibadət evlərində Azərbaycan bayrağının dalğalandırılmasının zamanı çatıb”.

Teqlər: