Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 112 faiz əməl edib – Səfər Mehdiyev

İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-sentyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 112.39 % əməl edib.

Trend xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, nəzərdə tutulan proqnozdan əlavə, 351.99 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Teqlər: