Dövlət Əmək Müfəttişliyi son 3 ayda müəssisələrdə 302 qanun pozuntusu aşkarlayıb

Xəbər - Samir Əli – Trend:

Bu ilin 1-ci rübü ərzində Dövlət Əmək Müfəttişliyinə 3766 şikayət daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, həmin şikayətlər operativ araşdırılaraq cavablandırılıb: “Eyni zamanda, dövlət orqanları və digər idarə-müəssisələrdən daxil olan 1640 məktub və 726 əmək müqaviləsi bildirişi alt sisteminin fəaliyyəti ilə bağlı sorğular müfəttişlik tərəfindənm araşdırılaraq cavablandırılıb. Həmçinin sorğular əsasında tərəfimizdən işəgötürənlərə müvafiq texniki köməkliklər göstəırilib, marifləndirici tədbirlər görülüb. Bundan başqa, qəbul otağında və onlayın qəbul vasitəsilə 416 vətəndaşın şikayəti dinlənilib, araşdırılıb. Araşdırmalar zamanı 302 halda işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Bu halda tərəfimizdən İnzibati Xətalar Məcəlləsinin tələblərinəö uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülüb, işəgötürənlərə icrası məcburi olan göstərişlər verilib. Həmin icraların təmin olunması nəzarətdə saxlanılıb, bu sahədə işlər görülüb. Müraciətlərinm araşdırılması zamanı 46 minə yaxın ödənişin şikayətçilərə ödənilməsi təmin olunub”.

Teqlər: