Tramp “soyqırım” demədi

Tramp “soyqırım” demədi

Bu gün (aprelin 24-ü) ABŞ prezidenti Donald Tramp erməniləri məyus edərək, qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb.

Donald Tramp 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi ənənəvi açıqlamada “soyqırım” ifadəsini işlətməyib.

Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də “soyqırım”ın ildönümünü qeyd edirlər.