Donal Trampın salamı alınmadı, əli havada qaldı

Donal Trampın salamı alınmadı, əli havada qaldı

Başı dəfələrlə əl verib görüşməklə bağlı dərdə girən ABŞ prezidenti Donald Tramp yenidən bu problemlə üzləşib. Bu dəfə kuryoz hadisənin ünvanı Polşa olub.

ABŞ prezidenti Polşa səfəri zamanı prezident Andjey Duda və həyat yoldaşı Agata Kornhauser-Duda ilə bir araya gəlib. İlk olaraq o həmkarı ilə əl verərək görüşüb.

Daha sonra görüşmək üçün əlini onun həyat yoldaşına uzadıb. Ancaq Agata Duda Trampın əlini havada qoyub və birinci xanım Melaniya ilə görüşüb. Trampın dəyişən üz ifadəsi diqqətdən qaçmayıb. Lakin o özünü heç nə olmamış kimi aparıb.

Donald Tramp daha öncə Fransa prezidenti Emanuel Mmakron ilə görüşmək istəyərkən eyni vəziyyətə düşmüşdü. Belə ki, o fransız həmkarı ilə görüşmək üçün həmlə etsə də, Makron onun əvəzinə Almaniya kansleri Angela Merkellə qucaqlaşıb.

Ümumiyyətlə qalmaqallı çıxışları ilə seçilən Donald Trampın əl verərək görüşmək tərzi də aqresivliyi ilə seçilir. Bir müddət öncə Tacikistan prezidenti İmomali Rahmanla bir araya gələn Tramp tacik liderin əlini sıxarkən də sərt davranaraq, onu özünə sarı çəkməyə çalışıb. Lakin Rahman buna hazırlıqlı olduğu üçün çaşmayıb və möhkəm dayanıb. Bu isə Trampa o qədər də xoş təsir bağışlamamışdı.

Trampın öz həyat yoldaşı Melaniya Trampın əlindən tutmaq cəhdləri də dəfələrlə boşa çıxmışdı. Bu anlar isə dünya mətbuataında anbaan lentə alınaraq yayılıb.