Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb. Müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Teqlər: