Diqqət: Bu yol bağlı olacaq

Diqqət: Bu yol bağlı olacaq

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə təmir başlayır.

“Azəravtoyol”dan verilən məlumata görə, sabah səhər saatlarından etibarən başlayacaq təmir zamanı yolun asfalt-beton örtüyü yenilənəcək.

Təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

“Azəravtoyol” ASC təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.

Qeyd edək ki, sözügedən körpü Novxanı- Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.