DİM buraxılış imtahanlarının tarixi barədə məlumatlarla bağlı açıqlama yayıb

Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və qurumun dim.gov.az saytında yerləşdiriləcək.

İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.


Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi tövsiyə edirik.

Teqlər: