Di Kaprio filmdə 26-cı ABŞ prezidentini oynayacaq

Di Kaprio filmdə 26-cı ABŞ prezidentini oynayacaq

Məşhur Hollivud aktyoru Leonardo di Kaprio yeni filmdə ABŞ prezidenti Teodor Ruzvelti oynayacaq.

Filmin ssenari müəllifi Skott Blum, rejissoru isə Martin Skorsezedir.

Xatırladaq ki, T.Ruzvelt 1901-1909-cu illərdə ABŞ-ın 26-cı prezidenti olub. O, 1906-cı ildə Nobel mükafatı alıb.