DGK yeni statistika portalını təqdim edib

Xəbər - Fidan Babayeva – Trend:

Dövlət Gömrük Komitəsi (DGK) gömrük statistikasını müasir tələblərə uyğun vizual olaraq təqdim etmək üçün yeni portal hazırlayıb.

AzerTimes-ın məlumatına görə, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov “Ticarət Statistikası Portalı”nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.

O bildirib ki, DGK sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, xarici iqtisadi ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi məqsədilə mütəmadi olaraq informasiya texnologiyalarına əsaslanan layihələr həyata keçirir:


“Bu portal xarici iqtisadi fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. “Ticarət Statistikası Portalı” həm də kölgə iqtisadiyyatının ləğv edilməsinə kömək edəcək və təqdim olunan xidmətlərin keyfiyyətinin artırılmasında vacib rol oynayacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: