Parlamentdə uşağını əmizdirdi

Parlamentdə uşağını əmizdirdi

Avstraliya parlamentində qeyri-adi hadisə baş verib.

Körpə uşağı olan qadın deputat onu da özü ilə iclasa gətirib. “Sol Yaşıllar” partiyasının üzvü olan Larissa Vaters səsverməyə iki aylıq qızı Alia Joy ilə birlikdə qatılıb. Senator Larissa Vaters parlamentdə acan körpəsini hər kəsin gözü önündə əmizdirib.

Əslində nümayəndələr palatası 2016-cı ildə qanuna edilən dəyişikliklərlə körpəni yedirməyə icazə verib. Amma bu günə kimi heç bir siyasətçi bu hüququndan istifadə etməyib.

Larissa Vaters “Facebook” hesabından açıqlama verib. “Parlamentdə daha çox qadına və anaya ehtiyac var. İş zamanının daha elastik olması hər kəs üçün daha yaxşı olardı. Uşaqların qulluğa ehtiyacı var”.

larissa-waters