“Dəniz kuboku”nda iştirak edən komandalar arasında mini futbol və voleybol turnirləri keçirilib (FOTO)

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında mini futbol və voleybol turnirləri keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə hakimlər komissiyasının üzvlərinin və komandaların kapitanlarının iştirakı ilə püşkatma olub. Sonra komandalar idman yarışlarında güclərini sınayıblar. Qalib komandalara hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.

Teqlər: