Dəmir yolu ilə yükdaşımalar artıb

Xəbər - Ceyhun Ələkbərov – AzerTimes:

Bu ilin 4 ayında dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O bildirib ki, koronavirus pandemiyası Azərbaycanda dəmir yolu ilə yükdaşımalara mənfi təsir göstərməyib:

“Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur”.

Teqlər: