“Delta” ştammı dünyada dominant varianta çevriləcək – ÜST

Xəbər - Orxan Nəbiyev – Trend:

Koronavirusun “delta” ştammı tezliklə dünyada dominant varianta çevriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

Qeyd olunub ki, hazırda mütəxəssislər bu ştammın bəzi ölkələrdə geniş yayılıb, digər ölkələrdə olmamasının səbəbləri ilə bağl araşdırmalar aparır.

ÜST-ün son məlumatlarına görə, “delta” ştammı 111 ölkədə qeydə alınıb, son bir həftə ərzində daha 7 ölkədə həmin ştamm aşkarlanıb.

85 ölkədə, o cümlədən İslandiya, Misir, Monteneqro və bir sıra digər ölkələrdə “delta” variantı qeydə alınmayıb.