Dekabrın 24-dən sonra Azərbaycanda ən yüksək yoluxma göstəricisi qeydə alındı – QRAFİKA

“Yanvarın 1-i test olunanlarda yoluxma sayı 7,6% olduğu halda dünən 13%-ə yüksəlib. Bu isə dekabrın 24-dən sonra ən yüksək göstəricidir”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspert bildirib ki, son 15 gündə Azərbaycanda koronavirusa (aşkar edilmiş) yoluxanların sayının azalaraq dördrəqəmli həddən üçrəqəmliyə düşməsi tendensiyası müşahidə edilir:

“Hətta yeni ilin ilk günü bu göstərici 341-ə qədər azalmışdı. Elə təəssürat yaranır ki, bu gedişlə (aşkar edilmiş) yoluxma sayı ikirəqəmli həddə də düşə bilər. Yoluxma sayında azalma olsa da, əsas səbəb bu deyil”.

Ekspert hesab edir ki, azalmanın əsas səbəbi aparılmış testlərin sayının dəfələrlə azalmasıdır.

Qrafikdən də görünür ki, 2021-ci ilin ilk günlərində yoluxma sayında artım var.

www.yenicag.az