DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AzerTimes-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyandiya ilə görüşüb.

Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 23-cü dəqiqədə Namik Ələskərovun qüvvətli zərbəsini qapıçı Qavin Bazunu çətinliklə dəf edib. 45+1-ci dəqiqədə Emin Mahmudov qolla hesabı açıb. 87-ci dəqiqədə Şeyn Daffi tarazlığı bərpa edib.


Beləliklə, Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb. Komanda hazırda 1 xalla 4-5-ci yerləri bölüşdürür. A qrupunun digər matçında Serbiya Lüksemburqu 4:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Portuqaliyaya qarşı keçirəcək.

Teqlər: