DÇ-2022: Azərbaycan millisi Portuqaliya ile görüşüb

DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində “A” qrupunda yer alan Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, İtaliyanın Turin şəhərində keçirilən oyun Portuqaliyanın 1:0 qələbəsi ilə başa çatıb.

Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində aktivinə 3 xal yazdırıb

Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Teqlər: