Daşkəsəndə yol qəzası oldu

Daşkəsəndə yol qəzası oldu

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat bu gecə 00:49-da başa çatıb.