Daha dörd ölkədən İngiltərəyə gələn müsafirlər 10 gün otellərdə karantində qalacaqlar

Böyük Britaniya hakimiyyəti “riskli” sayılan və oradan gələn müsafirlərin otellərdə öz hesablarına təcrid olunmaları lazım olan ölkələrin siyahısını genişləndirib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Britaniya Nəqliyyat Nazirliyinin açıqlamasında deyilib.

Bildirilir ki, 19 mart tarixindən etibarən Qətər, Oman, Somali və Efiopiya bu siyahıya əlavə, Portuqaliya və Mavrikiy isə siyahıdan xaric olunurlar.

Qeyd edək ki, oteldə 10 günlük karantinə yerləşmə, yemək və mütləq iki koronavirus testi adambaşına 1.750 funt sterlinqə başa gəlir. Müsbət test nəticəsi karantinin uzadılması və 300 funt sterlinqdən 1.200 funt sterlinqə qədər əlavə xərclərin yaranması deməkdir. Qırmızı siyahıya alınan dövlətlərdə səfərdə olmaq barədə səlahiyyətlilərdən məlumatları gizlədən şəxslər 10.000 funt sterlinq cərimə və 10 ilə qədər həbs cəzası ilə üzləşirlər.

Teqlər: