Daha bir məktəb koronavirusa görə distant tədrisə keçdi

Xəbər - İlhamə İsabalayeva – Trend:

Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi bugündən əyani tədrisdən distant tədrisə keçib.

Bunu AzerTimes-a məktəbin direktoru İsa Əlixanlı deyib.

Onun sözlərinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızında COVID-19-a qarşı testin nəticəsi pozitiv olub.


Məktəbdə tədris aprelin 2-dək distant formada olacaq.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dünən fevralın 1-dən indiyədək 626 sinfin distant tədrisə keçdiyini, onların 233-nün artıq əyani tədrisi bərpa etdiyini, hazırda 48 məktəbdə distant tədrisin tətbiq olunduğunu açıqlamışdı.

Teqlər: