Daha bir məktəb 1 həftəlik bağlandı – səbəb COVİD-19

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

AzerTimes-ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. Məlumatı məktəbdən AzerTimes-a təsdiq ediblər.


Qeyd olunub ki, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır.

Teqlər: