Daha bir DOST mərkəzi gələn ay Xırdalanda açılacaq

Xəbər - Ceyhun Ələkbərov – Trend:

May ayının sonunda növbəti DOST mərkəzi açılışa təqdim olunacaq.

Bunu AzerTimes-a açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, növbəti mərkəz Abşeron rayonunun Xırdalan şəhərində yer alacaq: “Bu, sayca 5-ci DOST məkəzi olacaq”.


Xatırladaq ki, martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

Teqlər: