Daha 428 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Mart ayının 15-20-si tarixlərində 428 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən bu tarix ərzində 113 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 182 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.


Qeyd olunub ki, daha 32 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 53 şəxsin tibb xərclərinin ödənilməsi və 20 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Teqlər: